Bazar ertəsi, 4 May, 2026
Tarix: 22 Jan 2024 10:16
15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində 7 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Müalicə alan 7 nəfərdən 2-nin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kliniki Tibbi Mərkəzdə də müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.