Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 14 Nov 2023 10:25
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib. Milli 3,5-0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda xanım şahmatçılar Polşanı məğlub edib 3-1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıb.
Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaq.
Mənbə: qafqazinfo.az