Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək - YENİLƏNİB

Tarix: 21 Jan 2026 11:23

Cəmiyyətdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı müxtəlif suallar var.

APA xəbər verir ki, bunu Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

“Eyni zamanda qəbul edilmiş qanunlara da müəyyən aydınlıq gətirmək üçün hərbi səfərbərlik və hərbi xidmətkeçmə haqqında ictimai dinləmənin keçirilməsinə ehtiyac var”, - deyə Arzu Nağıyev bildirib.

***

saat 11.00

Milli Məclisdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək.

APA-nın xəbərinə görə, bu, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üçün İş planında əksini tapıb.

Şükran Məmmədov Milli Məclis hərbi səfərbərlik hərbi xidmətkeçmə ictimai dinləmənin keçiriləcək

Xəbər Lenti