Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 12:13
"Azərbaycanda dezinformasiya ilə mübarizə aparmaq üçün güclü siyasi sistem mövcuddur".
APA xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, dezinformasiya insanların məlumatı düzgün anlamaqda çətinlik çəkməsinə səbəb olur və bu da getdikcə daha ciddi problemlərin yaranmasına gətirib çıxarır: “Hazırda bir çox ölkələrdə informasiya mühitini çirkləndirən dezinformasiya halları artmaqdadır. Xüsusilə, süni intellekt əsaslı kontent dezinformasiyanın yayılmasında ciddi təhdid kimi qiymətləndirilir”.
Natiq Məmmədli qeyd edib ki, dezinformasiyanın sürətlə yaranmasının əsas səbəblərindən biri dünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır: “Media həqiqətə xidmət etməlidir, lakin təəssüf ki, bunu beynəlxalq mediada hər zaman görmək mümkün olmur. Nəticədə mediaya olan inam azalır və bu etimadın bərpa edilməsi son dərəcə vacib məsələ kimi ön plana çıxır”.
Gülcahan Məmmədova Medianın İnkişafı Agentliyi Natiq Məmmədli dezinformasiya