Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 11:47
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
Bu barədə APA-ya mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – o bildirib.
Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.
İlkin Naib Arif Babayev qəbirüstü abidə büst