Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Tarix: 21 Jan 2026 23:03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının onüçüncü mərtəbəsində ümumi dəhlizin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir ədəd kombi avadanlığı yanıb. Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Xəbər Lenti