Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 10:37
Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.Vəlizadə orada ölüb.
Araşdırma aparılır.
Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb.
Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Binəqədi azyaşlı dəm qazı