Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 11:28
Uşaq qidasında çirkləndirici aşkarlanıb
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.
Bu barədə APA-ya AQTA-dan məlumat verilib.
AQTA-ya bildiriş daxil olub
Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.
Məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Günay Elşən AQTA İsveçrə qida
