Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 15:07
Ötən il korrupsiya ilə bağlı istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.
APA xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub
Selcan Zaurqızı Baş Prokurorluq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat müşavirəsi