Bir ildə korrupsiya ilə bağlı 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib

Tarix: 22 Jan 2026 15:03

Ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

APA xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində qeyd edilib.

Bildirilib ki, məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Selcan Zaurqızı Məhkəmə Baş Prokurorluq cinayət işi

Xəbər Lenti