"QHT işi" üzrə Məmməd Alpayın məhkəməsi başlayıb

Tarix: 22 Jan 2026 16:32

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimlinin M.Məmmədzadə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, bu da mümkün olmasa, vəkilinin yanında əyləşməsi və prosesdə çəkiliş aparılması barədə verdiyi vəsatətlər təmin edilməyib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihanm irəli sürülüb və bu il martın 14-ü Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Selcan Zaurqızı "Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə Məmməd Alpay məhkəmə

Xəbər Lenti