Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 18:29
Azərbaycan Karate Federasiyası (AKF) 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirib.
Apasport.az xəbər verir ki, tədbirdə çıxış edən AKF-in prezidenti Ülvi Quliyev ötən ilin Azərbaycanda karatenin inkişafı baxımından əlamətdar hadisələrlə yadda qaldığını bildirib.
O, Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb, idmançılara, məşqçilərə və hakimlərə təşəkkürünü çatdırıb. Federasiya rəhbəri onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib.
Tədbir çərçivəsində federasiyanın idman fəaliyyətinin işıqlandırılması, həmçinin karatenin təbliği və təşviqi sahəsində göstərdiyi dəstəyə görə “Apasport” İdman Agentliyi mükafatlandırılıb.
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev “Apasport” İdman Agentliyinin baş redaktoru Rasim Sultanzadəyə fəxri diplom təqdim edib.
Azərbaycan Karate Federasiyası “Apasport” karate