Azərbaycan millisinə texniki məğlubiyyət verilib

Tarix: 23.01.2024 21:55

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib.

Apasport.az futzal federasiyasına istinadən xəbər verir ki, Komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan oyun zamanı komandamızın UEFA İntizam Qaydasını pozmasıdır.

Qeyd edək ki, komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub.

Belə ki, Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Xəbər Lenti