Aktrisa Məsumə Babayeva vəfat edib

Tarix: 24 Jan 2026 18:20

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətubuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.

O bildirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.

Gülcahan İmanqızı Aktrisa Məsumə Babayeva teatr vəfat

Xəbər Lenti