Yeni Zelandiya ÜST-ü maliyyələşdirməyi nəzərdən keçirmək niyyətindədir

Tarix: 26 Jan 2026 08:56

“Yeni Zelandiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ianə ödəmək öhdəliklərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir”.

APA xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Piters öz “X” hesabında bildirib.

ABŞ-ın ÜST-dən çıxmasının təşkilatın hazırkı vəziyyətini və onun effektivliyini şübhə altına aldığını vurğulayan XİN rəhbəri sözlərinə belə davam edib:

"ABŞ ÜST-dən çıxıb. Bir dəstə seçilməmiş qlobalist bürokrat dünyanın vergi ödəyicilərinin pullarını məsuliyyətsiz şəkildə xərclədikdə belə olur".

Nazir qeyd edib ki, Yeni Zelandiya da vergi ödəyicilərinin pullarının daxili deyil, xarici öhdəliklər üçün xərclənməsini ciddi şəkildə nəzərdən keçirməlidir.

ÜST-ün lazım olduğu kimi fəaliyyət göstərməyən şişirdilmiş bir təşkilata çevrildiyini irəli sürən nazir ÜST üzvlüyünün Yeni Zelandiyaya milyonlarla dollara başa gəldiyini deyib.

Xəbər Lenti