"Qalatasaray"ın müdafiəçisi "Bavariya"ya transfer olunub

Tarix: 28.01.2024 13:29

"Qalatasaray"ın müdafiəçisi Saşa Boenin "Bavariya"ya keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya" fransalı futbolçu üçün Türkiyə klubuna 30+5 milyon avro transfer məbləği ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən komandalar arasında iki yoldaşlıq oyunu keçiriləcək və gəlirin 50 faizi "Qalatasaray"a çatacaq.

Futbolçu Almaniya klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Renn"dən transfer edib. 23 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.

Xəbər Lenti