KİV: Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır

Tarix: 09 Feb 2026 11:25

Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır.

APA xəbər verir ki, bu barədə “Yeşil Iğdır” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İğdır valisi Fırat Taşolar 1993-cü ildən bəri bağlı olan Türkiyə Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsində artıq yekunlaşmaq üzrə olan yenidənqurma və təmir işləri ilə tanış olmaq üçün məntəqəyə baş çəkib.

Məlumata görə, vali texniki heyət ilə birlikdə sərhəd boyunca olan binaları və keçid marşrutlarını yoxlayıb, işlərin yaxın vaxtlarda tamamlanacağını vurğulayıb.

Qəzetin yazdığına görə, “Alican” keçidinin açılması yalnız diplomatik deyil, həm də bölgə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu İğdır və ətraf əyalətlərdə ticarət fəaliyyətlərinin artmasına və iqtisadiyyatın canlanmasına, Qafqaz üzərindən daşıma marşrutlarının qısalması ilə logistikanın daha səmərəli hala gəlməsinə, Türkiyə və Ermənistan arasında qarşılıqlı səfərlərin və bölgə üzrə turizminin artmasına şərait yaradacaq.

İlqar Xudiyev Türkiyə Ermənistan sərhədi Alican keçid məntəqəsi İqdır

Xəbər Lenti