Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 13:33
Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində yıxılan 2009-cu il təvəllüdlü K.K-nin qarnına yerdə olan dəmir parçası batıb.
Daxilə nüfuz edən xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Abşeron hadisə yeniyetmə xəsarət