Nardaranda dəm qazından zəhərlənən ər ölüb, arvadının vəziyyəti ağırdır

Tarix: 12 Feb 2026 10:28

Bakıda ər və arvad dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Selcan Zaurqızı Dəm qazı ölüm

Xəbər Lenti