Cümə, 13 Ferval, 2026
Tarix: 12 Feb 2026 21:26
Bərdədə ağır yol qəzası baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ2106" markalı iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində "VAZ2106" markalı minik avtomobilinin sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində ölüb.
Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy