Şənbə, 14 Ferval, 2026
Tarix: 13 Feb 2026 22:52
Ağcabədi rayonunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, üç minik avtomobilinin iştirakı ilə qeydə alınan hadisə nəticəsində ölən və yaralananlar var.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy