Biləsuvarda transformatorda partlayış olub, şəhərin bir hissəsi işıqsız qalıb

Tarix: 14 Feb 2026 12:35

Biləsuvarda transformator partlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.

Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

İlkin Rzayev Biləsuvar

Xəbər Lenti