Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 11:59
Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.
APA xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.
Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ceyhun Məmmədov