Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 11:16
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
Gülcahan İmanqızı
***
11.07
Bakıda 2 yaşlı uşaq qızılcadan ölüb.
APA xəbər verir ki, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb. Araşdırmalar aparılır.
Selcan Zaurqızı Ramana uşaq evi uşaq qızılca