Bərdədə avtomobilin vurduğu piyada ölüb

Tarix: 16 Feb 2026 20:20

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Birinci Qazaxlar kəndi ərazisində qeydə alınan hadisə zamanı “QazEL” markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Baloğlan oğlunu vurub.

Nəticədə yaralı hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy

Xəbər Lenti