Füzulidə ağır qəza, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Tarix: 16 Feb 2026 23:17

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Füzulidə rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza nəticəsində minik maşınının sürücüsü 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı həyatın itirib.

Minik avtomobilonin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu, Atakişiyeva Brilyant Təbriz qızı xəsarət alıb.

Elgün Gəncimsoy

Xəbər Lenti