Suriyadan İraqa köçürülən İŞİD-çi məhkumların arasında 55 azərbaycanlı var

Tarix: 17 Feb 2026 14:25

Suriya həbsxanalarından İraqa köçürülən İŞİD-çi məhkumların arasında 55 nəfər azərbaycanlı da var.

APA xəbər verir ki, bu barədə İraq Ədliyyə Nazirliyindən bildirilib.

İraq Ədliyyə Nazirliyinin siyahısıda Azərbaycan və daha 65 ölkənin adı yer alıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvü məhkumların Suriyadan İraqa köçürülmə prosesinin tamamlandığını açıqlayıb. Belə ki, 5700-ə qədər məhkum Suriyadan İraqa köçürülüb.

Toğrul Quluzadə Suriya İraq İŞİD Azərbaycan

Xəbər Lenti