Ağdamda tələbə dərmandan zəhərlənib - YENİLƏNİB

Tarix: 17 Feb 2026 17:45

Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, 2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir.

***

16:49

Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Ağdam tələbə dərman zəhərlənmə

Xəbər Lenti