Çərşənbə, 18 Ferval, 2026
Tarix: 17 Feb 2026 22:08
Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı