Ucar sakininə naməlum şəxslər tərəfindən xəsarət yetirilib

Tarix: 18 Feb 2026 01:55

Ucar sakininə naməlum şəraitdə ağır xəsarət yetirilib.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Oğuz küçəsində baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mayis Sərdar oğlu Ağasıyev bədənin kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkən təcili olaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Xəbər Lenti