Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 07 Feb 2024 11:16
24 saylı Nizami rayonu seçki dairəsi üzrə 32/33 saylı seçki məntəqəsində səsvermə aktiv şəkildə davam edir.
APA xəbər verir ki, seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Həmçinin səhər saat 10:00-a kimi məntəqədə 3 beynəlxalq müşahidəçi seçki prosesini izləyib. Onlardan biri Türkiyə, ikisi İran vətəndaşı olub.
Məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1431 nəfərdir. Ən gənc seçici 18, ən qoca isə 83 yaşındadır.
Qeyd edək ki, məntəqə həyətində “exit-poll” keçiriləcək.
Nərmin Vüqarqızı
Mənbə: apa.az