Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 11:30
Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək səviyyədə olacağı gözlənilir.
Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.
Günay Elşən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası geomaqnit qasırğa