Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 01:06
Almaniyanın şimalındakı Bremerhafen şəhərinin limanından çıxan “Mein Schiff 3” kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub.
Bu barədə “Nordsee-Zeitung” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində konteynerdaşıyan gəminin gövdəsinin yan hissəsi zədələnib və təxminən 10 metr uzunluğunda yarıq əmələ gəlib.
İlkin ehtimallara görə, qəzaya güclü külək səbəb ola bilər. Küləyin şiddətli əsməsi kruiz gəmisinin manevr etməsini çətinləşdirib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Bununla belə, kruiz gəmisində olan sərnişinlərin hadisədən ciddi sarsıntı keçirdiyi bildirilir.
Toqquşmanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
Almaniya Bremerhafen Mein Schiff 3 kruiz gəmisi konteynerdaşıyan gəmi toqquşma dəniz qəzası Nordsee-Zeitung
Mənbə: apa.az