Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb

Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb

Tarix: 26 Oct 2026 02:19

Amerikalı milyarder İlon Mask “Starlink” peyk rabitə sistemindən hücum əməliyyatlarında istifadə edilməməli olduğunu bildirib.

APA xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, sistemin hücum məqsədilə istifadəsi “Starlink” peyklərinin cavab zərbələri üçün hədəfə çevrilməsi riskini artırır.

“Starlink peyklərinin məhv edilməsi dağıdıcı domino effekti yaradaraq kosmosda geniş dağıntı sahəsinin formalaşmasına səbəb ola bilər. Bu isə kosmosdan istifadəni mümkünsüz hala gətirər”, – deyə Mask bildirib.

O, bu fikirləri başqa bir istifadəçinin peyklərə mümkün hücumların riskləri ilə bağlı paylaşımına münasibət bildirərkən səsləndirib.

Mask qeyd edib ki, “Starlink” hərbi infrastrukturun fəaliyyətinin təmin olunmasında istifadə edilə bilər. Lakin onun fikrincə, sistemin birbaşa hücum əməliyyatlarında tətbiqi peykləri cavab zərbələri üçün legitim hədəfə çevirə bilər.

ABŞ İlon Mask Starlink SpaceX peyk rabitəsi kosmik təhlükəsizlik hərbi texnologiyalar kosmik tullantılar

Mənbə: apa.az

Xəbər Lenti