Bazar, 25 Oktyabr, 2026
Tarix: 25 Oct 2026 21:06
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı yeni hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib. Bununla belə, o, oktyabrın 25-də İrana zərbə endirilməyəcəyini açıqlayıb.
ABŞ Prezidenti “Fox News” telekanalına müsahibəsində İranla bağlı iki variantı nəzərdən keçirdiyini söyləyib.
“Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik”, – deyə Tramp vurğulayıb.
O, ABŞ və İsrailin İranla hərbi qarşıdurması başa çatdıqdan sonra dünya bazarında neft qiymətlərinin aşağı düşəcəyinə inandığını da bildirib.
Qeyd edək ki, oktyabrın 24-də Tramp Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini açıqlamışdı.
ABŞ İran Donald Tramp Fox News hərbi əməliyyat nüvə danışıqları İsrail neft qiymətləri Yaxın Şərq
Mənbə: apa.az