Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib

Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib

Tarix: 25 Oct 2026 17:53

Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi barədə səsləndirdiyi fikirlərə etiraz edib.

APA xəbər verir ki, bu barədə Liviyanın LANA dövlət xəbər agentliyi məlumat yayıb.

Dbeybə bildirib ki, Liviya suveren dövlətdir və ölkəsinə, eləcə də terrorizmlə mübarizədə böyük itkilər vermiş xalqına qarşı təhqirləri qəbul etmir.

“ABŞ ilə münasibətlərimizi qarşılıqlı hörmət əsasında davam etdirmək istəyirik. Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsini qəbul etmirik”, – Baş nazir qeyd edib.

Bundan əvvəl Tramp Corciya ştatında keçirilən seçki mitinqində Liviya, Yəmən, Somali və Haiti barədə təhqiramiz ifadələr işlədib.

Liviya ABŞ Donald Tramp Əbdülhəmid Dbeybə diplomatik münasibətlər

Mənbə: apa.az

Xəbər Lenti