Təhsilplus kartıbütün pedoqoji heyeti əhatə edəcək

Təhsilplus kartıbütün pedoqoji heyeti əhatə edəcək

Tarix: 04 Mar 2026 11:37

TəhsilPlus kartı təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyəti əhatə edəcək.

APA xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə imkanı qazanacaq.

Qeyd olunub ki, təhsil işçiləri “Birbank” tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər.

Gülcahan İmanqızı TəhsilPlus kart təhsil

Mənbə: apa.az

Xəbər Lenti