Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 11:50
"Bərpa-quruculuq işləri ilə yanaşı, Böyük Qayıdışın növbəti vəzifəsi azad edilmiş ərazilərin iqtisadi bazasını – istehsalı və daimi iş yerlərini genişləndirməkdir”.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, artıq azad olunmuş ərazilərdə də iqtisadiyyat öz məcrasına düşür: “Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçib, təqribən 3 milyard manatlıq məhsul istehsal olunub. Bu ərazilərdə özəl sektorun ümumilikdə 1300-dən çox layihəsi həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafı məqsədilə vergi və gömrük güzəştləri, kommunal və sosial sığorta subsidiyaları, kredit zəmanətləri, faiz subsidiyaları və güzəştli kreditlər daxil olmaqla, müxtəlif dəstək mexanizmləri tətbiq olunur".
Firuzə VahidMənbə: apa.az