Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 12:04
Əminik ki, bu dəfə də Azərbaycanın COP-da iştirakı uğurlu olacaq.
APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan pavilyonunu ziyarət edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik jurnalistlərə açıqlamasında bildirib.
"COP-ların əsas mesajı, demək olar ki, eynidir, lakin ətraf mühitdə və iqlimdə baş verən dəyişikliklərə uyğun olaraq müəyyən fərqlər olur. Ümid edirəm ki, burada iştirak edən hər kəs iqlimlə bağlı müzakirələrin real fəaliyyətə çevrilməsinin vacibliyini nəzərə alacaq. Bütün ölkələrin və təşkilatların öhdəliklərdən konkret fəaliyyətə keçmək üçün qətiyyət nümayiş etdirəcəyinə ümid edirəm. Mənim əsas gözləntim budur", - deyə Baş direktor bildirib.
Ramiz Mikayıloğlu ICESCO COPMənbə: apa.az