Dövlət büdcəsinin profisiti 4,8 mlrd. manatı ötüb

Dövlət büdcəsinin profisiti 4,8 mlrd. manatı ötüb

Tarix: 11 Nov 2026 11:11

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.

Yanvar-oktyabr aylarında dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 3,8% artıb.

Beləliklə, hesabat dövründə büdcə gəlirləri xərcləri 4 milyard 808,2 milyon manat üstələyib.

Rahim Tarıverdiyev büdcə dövlət büdcəsi gəlir xərc profisit

Mənbə: apa.az

Xəbər Lenti