Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 11 Nov 2026 11:20

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

​APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza noyabrın 9-da rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Hindarx qəsəbə sakini 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.

​Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. 38 yaşlı kişi bu gün xəstəxanada vəfat edib.

​Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy Ağcabədi yol qəza piyada

Mənbə: apa.az

Xəbər Lenti