Azərbaycanda əsas kapitala investisiyalar 10%-ə yaxın artıb

Azərbaycanda əsas kapitala investisiyalar 10%-ə yaxın artıb

Tarix: 11 Nov 2026 11:24

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft-qaz sektoruna 11 milyard 37,7 milyon manat investisiya yatırılıb. Bu göstərici illik müqayisədə 2,3% artıb.

Beləliklə, əsas kapitala yönəldilən investisiyaların 66,8%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Rahim Tarıverdiyev Azərbaycan kapital investisiya neft-qaz qeyri-neft

Mənbə: apa.az

Xəbər Lenti