Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 12:29
Noyabrın 9-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) öz işinə başlayıb.
APA xəbər verir ki, Azərbaycan nümayəndə heyəti konfransın rəsmi açılış mərasimində, eləcə də beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli tədbirlərdə iştirak edib.
COP31-in açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP30-un prezidenti Andre Korrea du Laqodan COP sədrliyini təhvil alıb.
Mərasimdə beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsi, Paris Sazişinin məqsədlərinə nail olunması və qəbul edilmiş iqlim öhdəliklərinin konkret tədbirlərlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Murat Kurum açılış nitqində Azərbaycan nümayəndə heyətinə beynəlxalq iqlim prosesinə verdiyi töhfələrə görə təşəkkür edib. O həmçinin COP29 çərçivəsində Bakıda illik 300 milyard ABŞ dolları həcmində yeni iqlim maliyyələşdirilməsi hədəfinin müəyyən edildiyini qeyd edərək, maliyyə öhdəliklərinin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif yüksək səviyyəli tədbirlərdə, tematik müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.
Firuzə Vahid Azərbaycan COP31 Murat Kurum Muxtar Babayev Yalçın RəfiyevMənbə: apa.az