Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb

Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb

Tarix: 25 Oct 2026 15:00

Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Tərəfdaşlarımız nə qədər istəsələr, o qədər də tədarük etməyə hazırıq. Biz istənilən həcmdə yanacaq tədarük edə bilərik”, – Rusiya rəsmisi vurğulayıb.

Novak əlavə edib ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair sövdələşmənin elan olunmasından sonra dünya bazarında neftin qiyməti 5–6 faiz ucuzlaşıb.

Fərid Əkbərov Rusiya ABŞ Aleksandr Novak dizel yanacağı yanacaq tədarükü neft qiymətləri dünya neft bazarı enerji Rusiya-ABŞ münasibətləri

Mənbə: apa.az

Xəbər Lenti