Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər

Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər

Tarix: 25 Oct 2026 14:35

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumları davam etdirəcəyi barədə xəbərdarlıq edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri açıqlama verib.

O, hava limanının hələ də hərbi hədəf olduğunu bildirib, aviaşirkətləri, hava limanının əməkdaşlarını və sərnişinləri ərazidən istifadə etməməyə çağırıb.

Xəbərdarlıq hava limanında uçuşların qismən bərpası barədə qərardan sonra səsləndirilib. Oktyabrın 25-dən etibarən birinci terminal daxili, ikinci terminal isə milli aviaşirkətlərin beynəlxalq reyslərinə ayrılıb.

Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücum nəticəsində 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Bundan sonra hava limanının fəaliyyəti dayandırılıb.

Yəmən husilər Ənsar Allah Səudiyyə Ərəbistanı Ər-Riyad Kral Xalid Beynəlxalq Hava Limanı Yəhya Səri hava limanına hücum aviasiya Yaxın Şərq Reuters

Mənbə: apa.az

Xəbər Lenti