Bazar, 25 Oktyabr, 2026
Tarix: 25 Oct 2026 13:54
Litva Avropa İttifaqında (Aİ) yay və qış vaxtına keçidin ləğvi məsələsinin 2027-ci ilin iyununda səsverməyə çıxarılmasını planlaşdırır.
APA Litvanın BNS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Lukas Paşkeviçius bildirib.
Onun sözlərinə görə, məsələ 2027-ci ilin fevralında Aİ nəqliyyat nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə olunacaq, iyunun sonunda isə səsverməyə çıxarılması nəzərdə tutulur.
Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.
Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ildə saatların mövsümi dəyişdirilməsinin ləğvini təklif edib. Avropa Parlamenti 2019-cu ildə təşəbbüsü dəstəkləsə də, üzv dövlətlər arasında razılıq əldə olunmayıb.
Litva Avropa İttifaqı Aİ yay vaxtı qış vaxtı saatların dəyişdirilməsi mövsümi vaxt saat dəyişikliyinin ləğvi Avropa Komissiyası Avropa Parlamenti Aİ Şurası Lukas Paşkeviçius BNS 2027-ci il
Mənbə: apa.az