Bazar, 25 Oktyabr, 2026
Tarix: 25 Oct 2026 12:03
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirilib.
APA nazirliyə istinadən xəbər verir ki, tədbirlər nazirliyin regional mərkəzləri, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin iştirakı ilə təşkil olunub.
Maarifləndirmə tədbirləri Bakı, Sumqayıt, Gəncə şəhərlərində, eləcə də Abşeron, Xızı, Tovuz, Şəmkir, Yevlax, Zərdab, Goranboy, Göyçay, Ucar, Ağdam, Tərtər, Bərdə, Siyəzən, Qusar, Lerik, Cəlilabad, Qax, Qəbələ və Sabirabad rayonlarında yerləşən təhsil müəssisələrində, tibb mərkəzlərində, dövlət qurumlarında və digər təşkilatlarda keçirilib.
Tədbirlər zamanı iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğın, zəlzələ və sel zamanı zəruri davranış qaydaları barədə məlumat verilib.
Həmçinin FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada təşkil olunan tədbirlərdə iştirakçıların sualları cavablandırılıb.
FHN Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri fövqəladə hallar yanğın təhlükəsizliyi zəlzələ sel 112 qaynar xətti təhlükəsizlik qaydaları



















Mənbə: apa.az