Bazar, 25 Oktyabr, 2026
Tarix: 25 Oct 2026 08:39
Böyük Britaniya 1000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməlidir.
APA xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ues Stritinq bildirib. O, kiminlə müharibəyə hazırlaşdıqlarını açıqlamayıb.
Nazir “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, 2030-cu ilə qədər rəqiblərinin hərbi gücü və iqtisadi imkanları onlara hücuma keçmək imkanı verə bilər. Onun sözlərinə görə, Britaniyanın müttəfiqləri ilə birlikdə döyüşməyə və qələbə qazanmağa hazır olması üçün qarşıda 1000 gündən bir qədər çox vaxt var.
Stritinq rəqiblərin sürətlə modernləşdiyini vurğulayaraq, NATO və ABŞ ilə ittifaqların gücləndirilməsinin, eləcə də ölkənin sənaye bazasının bərpasının vacibliyini qeyd edib.
O bildirib ki, Britaniya həm innovasiya, həm də istehsal sahəsində rəqiblərini qabaqlamalıdır.
Britaniya müharibə
Mənbə: apa.az