Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO

Tarix: 25 Oct 2026 09:23

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.

Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Xırdalan Abşeron yol-nəqliyyat hadisəsi avtomobil qəzası Chery Tiggo Heydər Əliyev prospekti sürücü xəsarət

Mənbə: apa.az

Xəbər Lenti