Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək

Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək

Tarix: 25 Oct 2026 09:36

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

FIFA U-15 Dünya Kuboku Azərbaycan millisi futbol xəbərləri

Mənbə: apa.az

Xəbər Lenti